Qəzza zolağının əhalisi üçün humanitar yardım daşıyan 50 yük maşınından ibarət karvan Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən keçərək Fələstin anklavına doğru gedib. Bu barədə “Səda əl-Balad” xəbər portalı məlumat yayıb.
Onun sözlərinə görə, humanitar yardım aparan avtomobillər yoxlamadan keçmək üçün əvvəlcə Əl-Uca keçid məntəqəsinə (İsrail tərəfdə – Nitzana keçid məntəqəsi), daha sonra isə Fələstin sektoruna gedəcək.
Bu , artıq Rəfəh keçid məntəqəsi vasitəsilə Qəzza zolağının cənub hissəsinə təcili yardım çatdırılan 11-ci karvandır. Misir Qızıl Aypara Cəmiyyəti daha əvvəl bildirmişdi ki, cari göndərişdən əvvəl o, fələstinlilərə yardım üçün Qəzzaya 241 avtomobil göndərib. (Tass)