ABŞ federal hakimiyyət orqanları həftədə üç şəhərdə qeyri-qanuni miqrantlara qarşı genişmiqyaslı reydlər keçirməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.
Onların sözlərinə görə, əməliyyatın aparılacağı növbəti şəhər Aurora (Kolorado) olacaq. Gömrük və Sərhəd Mühafizəsi (ICE) əməkdaşları bazar günü əməliyyatın başladığı Çikaqoda və Nyu Yorkda bu həftə həbslər həyata keçirib. NBC News-a mənbələr bildiriblər ki, reydlər cümə axşamı Aurorada başlayacaq. Telekanal xatırladır ki, bu şəhər Donald Trampın prezidentlik kampaniyası zamanı diqqətini çəkib.
Mənbələr bildiriblər ki, reydlərə ICE-dən başqa digər agentliklərin agentləri də cəlb oluna bilər.
Bazar ertəsi The Washington Post mənbələri məlumat verib ki, Tramp administrasiyası ICE-yə immiqrasiya qanunlarını pozduğuna görə saxlanılanların sayını artırmağı tapşırıb: gündə bir neçə yüzdən 1,2-1,5 min nəfərə qədər. (Tass)