Hücumlar İraq və Suriyada ABŞ hərbçilərinin olduğu üç hərbi bazaya həyata keçirilib. Bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, İraqın Ənbar əyalətində yerləşən Ayn əl-Əsəd bazası pilotsuz təyyarələrin köməyi ilə azı iki dəfə hücuma məruz qalıb və pilotsuz təyyarədən istifadə etməklə növbəti hücum ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi obyektinə edilib. Bu hücumların arxasında kimin ola biləcəyi barədə məlumat verilmir. Bundan əlavə, telekanalın mənbələrinin məlumatına görə, İraqın İslami Müqaviməti hərəkatına məxsus silahlı şiə birləşmələri İraq Kürdüstanının (İraqın şimalındakı muxtar bölgə) Ərbil şəhərinin inzibati mərkəzinin şimalında yerləşən bazanı atəşə tutub.
Hücumların nəticələri barədə məlumat verilmir. (Tass)