ABŞ-ın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı təkliflərinə Rusiya Federasiyası üçün bəzi yeni ərazilərin tanınması, həmçinin Ukraynanın təbii sərvətlərinin satışından milyardlarla dollar gəlir əldə etmək hüquqlarının Vaşinqtona verilməsi daxildir. Bu barədə Kanadanın “The Globe and Mail” qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp fevralın 22-də Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı zamanı sülh yolu ilə nizamlanmanın mümkün planının məqamlarını açıqlayıb. Söhbətin özü, qəzetin mənbəsinin qeyd etdiyi kimi, konstruktiv olub və ilk növbədə Ukraynada sülhün əldə olunması məsələlərinə həsr olunub.
Bundan əvvəl nəşr onu da yazıb ki, Trüdon Trampla telefon danışığında Ukrayna üçün təhlükəsizlik təminatlarının Rusiya ilə mümkün olan istənilən sülh sazişinə daxil edilməsinin vacibliyini bəyan edib və bunun Moskvanın xeyrinə “yumşatma” kimi qəbul edilməməsi lazım olduğunu bildirib. Qəzetin mənbəsinin sözlərinə görə, Tramp Trüdonun fikri ilə razılaşmasa da, heç bir etirazını bildirməyib. (Tass)