Birləşmiş Ştatlar administrasiyası bir neçə gün ərzində İordan çayının qərb sahilində insan haqlarının pozulmasına görə İsrail Müdafiə Qüvvələrinin (IDF) bölmələrindən birinə qarşı sanksiyaların tətbiqini elan edəcək. Bu barədə Axios portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bu, Vaşinqtonun yəhudi dövlətinin hərbi qoluna məhdudiyyətlər tətbiq edəcəyi ilk hadisə olacaq. Məhdudiyyətlər o deməkdir ki, bölməyə və onun üzvlərinə hər hansı Amerika hərbi yardımı almaq və Amerikanın təlim proqramlarında iştirak etmək qadağan olunacaq.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden İordan çayının qərb sahilində zorakılıq aktlarında iştirak edən yəhudi köçkünlərə qarşı sanksiyaların tətbiqinə icazə verən fərman imzalayıb. (Tass)