ABŞ Konqresinin Demokratlar və Respublikaçılar partiyalarından olan nümayəndələri Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) xəbərdarlıq ediblər ki, İsrailin yüksək rütbəli məmurları üçün mümkün həbs orderlərinin verilməsi ABŞ-ın cavab tədbirləri ilə qarşılanacaq. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, hazırlanmaqda olan qanun layihəsi icra hakimiyyətini BCM-nin həbs orderinin verilməsinə cavab verməyə məcbur edəcək. Demokratlar və Respublikaçılar məhkəmənin İsraillə bağlı araşdırmasına qarşı çıxıblar.
Axios-un daha əvvəl xəbər verdiyi kimi, yəhudi baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydendən ICC orderlərinin verilməsinin qarşısını almağı xahiş edib. Bazar ertəsi Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, ABŞ-ın İsrailə qarşı məhkəmə istintaqını dəstəkləmədiyini deyib. (Tass)