Avropa İttifaqı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtması ərəfəsində ABŞ-dan müdafiə asılılığına qarşı mübarizə aparmaq niyyətindədir. Bu qiymətləndirməni Le Figaro qəzeti edib.
Nəşr qeyd edir ki, “ABŞ-ın NATO-ya üzvlüyünü şübhə altına alan” Trampın seçilməsi Aİ-də strateji muxtariyyət əldə etməyin zəruriliyi ilə bağlı müzakirələrə təkan verib. Avropalılar “bütün gücləri ilə ümumi müdafiə siyasətinin işlənib hazırlanması üçün lazım olan vasitələr üzərində razılığa gəlməyə çalışırlar”, çünki assosiasiya ölkələri “müdafiə sənayesi üçün vahid bazar olmaqdan uzaqdır”. Qəzet yazır ki, beləliklə, Aİ-nin müdafiə sektoru ixrac imkanları uğrunda bir-biri ilə rəqabət aparan “oyunçular arasında parçalanıb”.
Nəşr Avropa Komissiyasının bölməsinə rəhbərlik edən Dieqo de Ojeda Qarsiya Pardodan sitat gətirir: “Biz indi [müdafiə baxımından] daha kövrək vəziyyətdəyik, çünki ehtiyatlarımız boşdur. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin ikinci dönəminin prioritet sahələrindən biri müdafiə olacaq, qəzet yekunlaşdırıb. (Tass)