Avqust 28, 2025-16:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Media: Argentinada etiraz aksiyasının dağıdılması zamanı təxminən 20 nəfər yaralanıb

2024:09:12 - 20:57
in DÜNYA
A A

Buenos-Ayresdə Argentina Konqresinin binası qarşısında keçirilən etiraz aksiyasının dağıdılması nəticəsində 20-yə yaxın adam yaralanıb. Bu barədə C5N telekanalı məlumat yayıb.

Zərərçəkənlərin əksəriyyəti rezin güllələrdən və gözyaşardıcı qazdan aldıqları xəsarətlər səbəbindən həkimə müraciət ediblər. Etiraz günü meydanda işləyən könüllü xilasedicilər, xüsusən, boynuna rezin güllə dəymiş qızın onlarla əlaqə saxladığını bildiriblər. Qurbanlar arasında 10 yaşlı qız da var.

C5N-in məlumatına görə, azı üç nəfər saxlanılıb. Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç qarşıdurmaların səbəbini etirazçıların üzərinə atıb. “Son yürüşlərdə polisə qarşı istifadə edəcəkləri daş və çubuqlarla gələn bir qrup fəal var idi, indi deyirlər ki, polis uşağa qarşı qazdan istifadə edib”, – o, X sosial şəbəkəsində yazıb.

Sentyabrın 11-də keçirilən etiraz aksiyasında bir neçə min insan iştirak edib. Nümayişçilər təqaüdlərin artırılması üçün hesablamaların dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə prezidentin veto qoymasına qarşı çıxıblar. Repressiya başlamazdan əvvəl aksiya sakit şəkildə davam edib. (Tass)

Əvvəlki Yazı

ABŞ Çindəki strukturlara qarşı sanksiyalar tətbiq edib

Növbəti Yazı

Bakı Parisin Fransa vətəndaşına hökmlə bağlı ittihamlarını rədd edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.