Bağdadın mərkəzi üzərində səmada naməlum pilotsuz təyyarə vurulub. Bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, pilotsuz təyyarə Bağdadın mərkəzində, İraqın dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi yaşıl zona adlanan ərazidə səmada vurulub. ABŞ-ın Bağdaddakı səfirliyinin ərazisində hava hücumundan müdafiə sistemi işə salınıb. Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb. (Tass)