Noyabrın 15-də Kaliforniya ştatının San-Fransisko şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin sədri Si Tszinpin iki ölkənin hərbi idarələri arasında təmasların bərpa olunacağını elan etmək niyyətindədirlər. Bu barədə Axios portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Çinin xarici işlər naziri Vanq Yi Vaşinqtona son səfəri zamanı açıq şəkildə bildirib ki, Çin iki ölkənin müdafiə nazirlikləri arasında rabitə kanallarını bərpa etməyə hazırdır. (Tass)