ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan gələn həftə Çinə səfər edəcək. Bu barədə Axios portalı məlumat yayıb.
Onun sözlərinə görə, Pekində keçiriləcək görüşlər zamanı Sallivan digər məsələlərlə yanaşı, Çin sədri Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında mümkün yeni görüşə hazırlaşacaq. (Tass)