Bazar günü humanitar yardım daşıyan 236 yük maşını, o cümlədən 7 yanacaq tankeri və 6 bişmə qazı çəni Qəzza zolağına daxil olub. Bu barədə “Əl-Cəzirə” telekanalı İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi ofisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, humanitar yardım Misirdən Qəzzanın cənubundakı Kerem Şalom keçid məntəqəsi vasitəsilə aparılıb.
Humanitar qruplar İsraili Qəzza əhalisinin yardıma çıxışını məhdudlaşdırmaqda günahlandıraraq, zolağındakı asayişin pozulması səbəbindən yardımın paylanmasının getdikcə daha təhlükəli hala gəldiyini bildirir. İsrail də öz növbəsində Qəzzaya çatdırıla biləcək yardımın miqdarı ilə bağlı heç bir məhdudiyyət olmadığını deyir, lakin beynəlxalq humanitar təşkilatlar onu lazımi şəkildə paylaya bilmir. İsrail hakimiyyəti humanitar yardımların radikal HƏMAS hərəkatının nəzarətinə keçdiyini iddia edir. (Tass)