Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündə ABŞ-ın əli yoxdur. Bu barədə CNA portalına ABŞ dövlət katibi Entoni Blinken bildirib.
O, ABŞ-ın Haniyənin öldürülməsində “əli olmadığını” söyləyib. “Fərziyyələr söyləmək çox çətindir və mən illər ərzində öyrəndim ki, bir hadisənin digərinə necə təsir göstərə biləcəyini heç vaxt düşünməməlisən”, – Blinken Həmas siyasi büro rəhbərinin öldürülməsinin müharibənin gedişatını dəyişib-dəyişdirməyəcəyini soruşduqda deyib. (Tass)