NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Praqaya gələn ABŞ dövlət katibi Antoni Blinken Çexiya hökumətinin nazirləri ilə Ukraynaya yardım məsələsini müzakirə edib.
İdnes portalının məlumatına görə , dövlət katibi respublikanın müdafiə naziri Yana Çernoxova ilə də görüşüb. Hərbi texnikanın təqdim olunduğu Kbeli aerodromunda baş tutub. Tərəflər Kiyevə silah və sursat tədarükü vasitəsilə hərtərəfli dəstəyin davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Blinken Çexiyanın Ukrayna Silahlı Qüvvələrinə artilleriya mərmiləri göndərmək təşəbbüsünü yüksək qiymətləndirib, ilk on minlərlə mərmi iyunda Ukraynaya çatmalıdır. (Tass)