İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bir neçə üzvü yaralanıb. Bu barədə El Hashra portalı məlumat yayıb.
Onun məlumatına görə, zərbə Qana UNIFIL bölməsinin maşınının keçdiyi ərazidən Ed-Duheira kəndinə yönəlib. Portal hadisə nəticəsində qurbanların sayını dəqiqləşdirmir. Hadisə yerinə təcili tibbi yardım maşınları göndərilib.
Öz növbəsində , Al Jadeed TV , UNIFIL-in atəşə məruz qalan ərazini patrul etdiyini bildirdi. Onun sözlərinə görə, bölmənin bir hərbçisi yüngül xəsarət alıb. (Tass)