Qəzzanın şimalındakı Əl-Şifa xəstəxanasından əvvəllər təxliyə edilən ən azı səkkiz körpə ölüb. Bu barədə Al Hadath telekanalı anklavın Səhiyyə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölən 8 uşağın hamısı vaxtından əvvəl doğulub. Körpələrin hansı səbəbdən öldüyü barədə məlumat verilmir.
Noyabrın 19-da anklavın Səhiyyə Nazirliyinin əsas xəstəxana şöbəsinin müdiri Məhəmməd Zakut Əl-Şifa xəstəxanasından ən azı 31 vaxtından əvvəl doğulmuş körpənin təxliyə edildiyini bildirib. Fələstin Qızıl Aypara Cəmiyyəti uşaqların müəssisədən çıxarılmasının Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Humanitar Məsələlər üzrə Ali Komissarlığının Ofisi ilə birgə həyata keçirildiyini bildirib. Uşaqların əvvəlcə anklavın cənubuna daşınması, sonra isə onlara tibbi yardım göstərmək üçün Birləşmiş Ərəb Əmirliklərinə daşınması planlaşdırılırdı. (Tass)