İordan çayının qərb sahilindəki Cenin şəhərində İsrail ordusu ilə Fələstin müqavimət döyüşçüləri arasında toqquşmalar baş verib.
Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, “İsrail ordusunun hücumu nəticəsində Cenində ağır döyüşlər başlayıb”. “İsrail rejimi qüvvələri bazar ertəsi günü 30-dan çox zirehli texnika ilə Cenin şəhərinə hücum edib və bu, ərazidə müqavimət döyüşçüləri ilə şiddətli döyüşlərə səbəb olub”, – deyə agentlik bildirib. (Tass)