Respublika parlamentinin 200 deputatından 34-ü Finlandiyada ruslara ikili vətəndaşlığı qadağan etmək istəyir.Bu, Yle televiziya və radio kanalının parlamentarilər arasında keçirdiyi sorğunun nəticələridir.
Sorğuda 96 deputat iştirak edib. Onlardan 36-sı Finlandiya və Rusiyanın ikili vətəndaşlığını qadağan etməyəcək. 26 deputat isə bu məsələ ilə bağlı dəqiq mövqe tutmadıqlarını bildirib.
Yle-nin izah edib ki, baş nazir Petteri Orpo hökuməti Finlandiya vətəndaşlığını almaq üçün şərtləri sərtləşdirmək niyyətindədir. Finlandiyanın Daxili İşlər Nazirliyi də hazırda ikili vətəndaşlıqla bağlı qanunvericiliyin dəyişdirilməsi zərurətini öyrənir. 2022-ci ilin sonunda Finlandiyada təxminən 90 min rusdilli vətəndaş və 37 813 ikili vətəndaşlığı olan rus yaşayırdı. (Tass)