Fələstinin radikal HƏMAS hərəkatı yeni ildən dərhal sonra Qəzza zolağından İsrailə 20-dən çox raket atıb. İsrailin “The Times of Israel” qəzetinin yazdığına görə , raketlərin əksəriyyəti “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən ələ keçirilib.
Nəşr hücumun İsrailin cənub və mərkəzi bölgələrinə edildiyini göstərir. Hava hücumu xəbərdarlığı sistemi ölkənin mərkəzi rayonlarında yerləşən Rehovot, Ness Ziona, Holon, Lod və Modiin şəhərlərində, həmçinin İsrailin cənubunda, Aşdod və Sderot şəhərlərində işə salınıb.
Qəzet qeyd edir ki, İsrail təcili yardım xidmətinin raket hücumu nəticəsində ölənlər barədə məlumatı yoxdur. (Tass)