Hazırda Qətərdə yaşayan Fələstin HƏMAS hərəkatının liderləri ölkəni tərk etmək fikrində deyillər. Bu barədə hərəkatdakı mənbələrə istinadən Al Arabiya telekanalı məlumat yayıb.
“Biz yaşayış yeri kimi Qətərə alternativ axtarmırıq”, – deyə telekanal mənbədən sitat gətirir.
Həmas əlavə edib ki, o, vasitəçilər vasitəsilə İsraillə mümkün atəşkəs razılaşması üçün cəmi dörd variant təqdim edib, lakin radikalların fikrincə, “ İsrail saziş bağlamaq istəmir” və danışıqlar prosesi ilə bağlı “ciddi” deyil. (Tass)