Fələstinin Həmas hərəkatı və İsrail Qəzza zolağına humanitar yardımın daşınması ilə bağlı prinsipial razılığa gəliblər.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
“Hərəkatla İsrail arasında Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı prinsipial razılıq əldə olunub”, – Fələstin hərəkatı rəhbərliyinin nümayəndəsi bildirib. Həmas nümayəndəsi münaqişə tərəfləri arasında bu məsələ ilə bağlı razılaşmaların təfərrüatlarını açıqlamayıb. (Tass)