ABŞ-ın vitse-prezidenti Kamala Harris xəbər məkanında populyarlıq baxımından Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı geridə qoyub. Bu barədə “Newsweek” jurnalı media trendlərini təhlil edən “Taboola” şirkətinə istinadən məlumat yayıb.
Onun məlumatına görə, Baydenin seçki yarışından geri çəkilməsi və Kəmalə Harrisin namizəd olmaq niyyəti ABŞ xəbər saytlarında Donald Tramp və ona qarşı sui-qəsd cəhdi ilə bağlı yazıları qabaqlayaraq bir nömrəli mövzuya çevrilib.
Qeyd olunur ki, son ay yarım ərzində 2 min müxtəlif saytda 57 milyondan çox insan seçki kampaniyası və seçkilərlə bağlı xəbərləri oxuyub. Nielsen analitik firmasına görə, Respublikaçıların Milli Konvensiyasının işıqlandırılması, Trampa sui-qəsd cəhdi və digər siyasi xəbərlər, Fox News-un orta canlı izləyicisini iyulda 3,45 milyona çatdırdı ki, bu da əvvəlki illərə nisbətən 66% çoxdur. (Tass)