Fələstinin HƏMAS radikal hərəkatı yerli vaxtla gecə yarısına qədər (Bakı vaxtı ilə 02:00) girovların ikinci qrupunu azad etməsə, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa etməyə hazırdır. Bu barədə İsrail televizyasının 13-cü kanalı təhlükəsizlikdəki mənbəyə istinadən məlumat yayıb.
“Həmas gecə yarısına qədər girovları azad etməsə, biz Qəzza zolağında manevrlərə qayıda bilərik”, – telekanal mənbəsi bildirib. (Tass)