Livanın şiə Hizbullah hərəkatının rəhbəri Həsən Nəsrullahın öldürülməsi İsrail üçün strateji səhv hesab oluna bilər, çünki liderin ölümündən sonra hərəkatın fəaliyyəti intensivləşib və ona dəstək artıb. Bu fikir “The American Conservative” jurnalında dərc olunan materialda deyilir.
Onun hesablamalarına görə, bir çox Hizbullah liderlərinin ləğvi hərəkat üzvlərinin gənc nəslini burada daha fəal rol oynamağa sövq edə bilər. Nəşrin qeyd etdiyi kimi, bir çox Hizbullah üzvləri ali təhsillidir və buna görə də təşkilatın fəaliyyətinə texnologiyanın tətbiqinə daha çox diqqət yetirirlər. Bundan əlavə, bildirilir ki, Nəsrullahın vəfatı onun hərəkata rəğbət bəsləyənlər arasında “büt obrazının” formalaşmasına töhfə verir və əvvəllər Hizbullah fəaliyyətindən kənarda qalanları “intiqam naminə” onun sıralarına qoşulmağa sövq edə bilər.
Nəşrin yazdığına görə, Hizbullahın Livandakı mövqeləri də liderinin ölümündən sonra çətin ki, sarsılsın. Əksinə, bu fonda təşkilatın düşmənlərinin sayı getdikcə azalır. Belə ki, ölkənin keçmiş baş naziri, sünni müsəlman olan Səad Həriri açıq şəkildə Nəsrullahın qətlini pisləyib və sünnilərlə şiələr arasında çoxsaylı fikir ayrılıqlarına baxmayaraq, livanlıları birliyə çağırıb. Livanın digər sünni təşkilatları da Hizbullahla həmrəy olduqlarını bildiriblər. (Tass)