Bağdadın şərqində yerləşən İraq şiə milislərinin Əl-Həşd əş-Şaabi bölmələrindən birinin qərargahına pilotsuz təyyarə hücum edib. Bu barədə Shafaq News informasiya portalı təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, zərbə nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Hələlik heç bir təşkilat baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib və dronun mənşəyi də müəyyən edilməyib. (Tass)