Britaniya və ABŞ qüvvələri Yəməndə Ənsar Allah hərəkatının husi üsyançılarının nəzarətində olan ərazilərə üç yeni zərbə endirib. Bu barədə radikallara məxsus Al Masirah telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Əl-Hodeyda əyalətinin Es-Salif sahil ərazisi hücuma məruz qalıb. Hücumun nəticələri barədə məlumat verilmir.
Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra Ənsar Allah İsrail ərazisinə hücum etməklə, Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi ilə hədələyib. Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində mülki gəmilərə hücum edir.
“Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, Amerika hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib. Yanvarın 12-dən Britaniya və ABŞ silahlı qüvvələri mütəmadi olaraq Yəmənin müxtəlif əyalətlərində üsyançıların hərbi obyektlərinə hücumlar etməyə başlayıb. (Tass)