İran silahlı qüvvələri Ceyş əz-Zolm terror qruplaşmasının Pakistanda yerləşən iki qərargahına hücum edib. Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, zərbələri endirmək üçün pilotsuz təyyarələr və raketlərdən istifadə edilib. Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.
Yanvarın 10-na keçən gecə “Ceyş əl-Zolm” terrorçuları İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rask və Cənqəl şəhərləri arasında nəzarət-buraxılış məntəqəsinə hücum ediblər və nəticədə bir polis əməkdaşı həlak olub. Qrup əvvəllər İran-Pakistan sərhədində törədilən terror aktlarına, eləcə də İran sərhəd xidmətinin əməkdaşlarına hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. (Tass)