İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə ilk telefon danışığı olub. Bu barədə İranın dövlət telekanalı IRIB məlumat yayıb.
Onun məlumatına görə, Söhbət zamanı Şoyqu vertolyot qəzasında İslam Respublikasının prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin vəfatı ilə əlaqədar Əhmədiyana başsağlığı verib. Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vurğulayıb ki, Moskva və Tehran müxtəlif sahələrdə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək. (Tass)