İran hakimiyyəti yaxın vaxtlarda İslam Respublikası tarixində fəaliyyəti İran tərəfi ilə əlaqələndiriləcək ilk peyk internet operatoruna lisenziya verəcək. Bu barədə IRNA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, baş ofisi Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Yahsat” şirkəti və onun provayderi “YahСlick” İran vətəndaşlarına peyk internet xidmətləri göstərməyə hazırdır, İran hökuməti bu təşəbbüsü dəstəkləyir. Müvafiq sazişlər cümə günü, dekabrın 15-də İranın Dubaydakı Baş Konsulluğunda baş konsul və İranın Rabitə Nazirliyinin bir neçə nümayəndəsinin iştirakı ilə imzalanıb. Sazişlərin bağlanmasında iştirak edən Əmirlik nümayəndə heyətinin tərkibi barədə məlumat verilmir.
Agentlik qeyd edib ki, Yahsat Starlink peyk internet şəbəkəsinə alternativi təmsil edəcək, onun təsisçisi İlon Mask 2022-ci ilin payızında İranda keçirilən etiraz aksiyaları zamanı iranlıların məhdud internetə çıxışını təmin etməyə hazır olduğunu bildirib. (Tass)