Qəzza zolağında İsrailin açdığı atəş nəticəsində azı 7 fələstinli yaralanıb. Bu açıqlama ilə Əl-Cəzirə telekanalı çıxış edib.
Onun sözlərinə görə, İsrail ordusunun əsgərləri Qəzza zolağının şimalına qayıtmağa çalışan fələstinlilərə atəş açıb. Nəticədə 7 nəfər xəsarət alıb. Daha əvvəl üç qurbanın olduğu bildirilirdi.
Cümə günü səhər saatlarında Al Mayadeen telekanalı İsrail əsgərlərinin Qəzzanın şimal-şərqindəki Beyt Hanun şəhərində fələstinlilərə atəş açdığını bildirib. Bir neçə nəfər saxlanılıb. (Tass)