İsrail HƏMAS-ın girovlarının azad edilməsi və Qəzza zolağında atəşkəsin gələn bazar ertəsi, martın 4-nə qədər əldə olunacağına ümid etdiyini deyən ABŞ prezidenti Co Baydenin “nikbinliyinin” əsasını anlamır. Bu barədə Ynet portalı yüksək vəzifəli İsrail rəsmilərinə istinadən məlumat yayıb.
“Biz onun (Baydenin – TASS qeydi) nikbinliyinin nəyə əsaslandığını başa düşmürük”, – portal həmsöhbətlərinin bəyanatından sitat gətirir.
Bayden daha əvvəl NBC telekanalının efirində bildirmişdi ki, İsrail hökuməti Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovları azad etmək üçün müsəlmanların müqəddəs Ramazan ayı ərzində Qəzzada hərbi əməliyyatlar keçirməmək qərarına gəlib. O əlavə edib ki, HƏMAS ilə atəşkəs razılaşması martın 4-dək əldə olunacaq. (Tass)