İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilində reyd keçirib. Bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, İsrail işğalçı qüvvələri səhər saatlarında Qüdsün şimal-şərqində yerləşən Anata şəhərinə basqın edib və bu, yerli gənclərlə toqquşmaya səbəb olub. Hərbçilərin mülki şəxslərə qarşı səs-küylü qumbara və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.