İsrail ordusu bildirib ki, HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvarın tunellərdən keçərək Misirin Sinay yarımadasına qaçdığına dair heç bir məlumatı yoxdur. Bu barədə Kan dövlət radiosu İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
İsrailin Ynet portalı təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, “Sinvarın Qəzzanı tərk edərək Misirə getməsi ilə bağlı heç bir kəşfiyyat məlumatı yoxdur”.
Çərşənbə axşamı ərəbdilli internet portalı Elaph israilli mənbəyə istinadən xəbər verib ki, Sinvar da daxil olmaqla Həmas liderləri sektorun cənubundakı Rəfah şəhəri ilə Misir arasındakı tunel vasitəsilə Sinaya qaça bilərlər. (Tass)