İsrail hərbi hava qüvvələrinin endirdiyi zərbələr nəticəsində Qəzza zolağında 50 mindən çox bina tamamilə dağılıb. Bu barədə Maan agentliyi Fələstin anklavının hökumətinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “işğalçı [İsrail] ordusunun bombardmanları və hava hücumları 50 mindən çox yaşayış binasının tamamilə dağıdılmasına və 250 minə yaxın yaşayış binasının qismən sökülməsinə səbəb olub”.
Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell bildirib ki, Qəzza zolağında yaşayış binalarının 40%-dən çoxu dağıdılıb, 12 mindən çox mülki şəxs və 5 min uşaq həlak olub. O, bölgədəki vəziyyəti “fəlakətli” adlandırıb, həmçinin su, qida, dərman və enerji çatışmazlığına işarə edib. (Tass)