İsrailin baş naziri Benyamin Netanyahunun ofisi onun Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə söhbətini koordinasiya etməyə çalışsa da, rədd cavabı alıb. Bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.
Onun mənbələrinə görə, əlaqələr İsrail Milli Təhlükəsizlik Şurası vasitəsilə aparılıb, lakin nəticəsiz qalıb.
Telekanalın qeyd etdiyi kimi, iki lider arasında danışıqları əlaqələndirmək cəhdi Filadelfiya dəhlizi adlanan ərazi – Misirlə Qəzza zolağının sərhədindəki ərazi ətrafında artan gərginlik fonunda edilib. Ərəb Respublikasının hakimiyyət orqanları İsrailə xəbərdarlıq edib ki, müdafiə ordusunun bu əraziyə nəzarəti ələ keçirmək cəhdləri ikitərəfli münasibətlərə ciddi ziyan vuracaq.
Telekanal xatırladır ki, Netanyahu və əs-Sisi sonuncu dəfə 2023-cü ilin iyununda danışıblar. İsrail baş nazirinin ofisi yeni təmasda razılığa gəlmək cəhdləri ilə bağlı xəbərləri rəsmi şəkildə şərh etmir. (Tass)