İsrel Katzın İsrailin müdafiə naziri, Gideon Saarın isə Yəhudi dövlətinin xarici işlər naziri təyin edilməsi noyabrın 7-də İsrail hökumətinin təsdiqinə təqdim olunacaq. Bu barədə Ynet portalı məlumat yayıb.
Çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu Qalantı müdafiə naziri vəzifəsindən azad etmək və onun yerinə yəhudi dövlətinin Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katzı təyin etmək qərarına gəldiyini açıqlayıb.
Baş nazir əlavə edib ki, o, İsrailin xarici işlər naziri postunu portfelsiz nazir Gideon Saara təklif edib. (Tass)