İsrail ordusunun əsgərləri Qəzza şəhərində Əl-Şifa xəstəxanasında axtarış aparır və oradakı kişiləri dindirir. Bu barədə tibb müəssisəsindəki mənbələrə istinadən Əl-Cəzirə telekanalı məlumat yayıb.
Onların sözlərinə görə, İsrail hərbçiləri bir sıra köçkünləri, həmçinin ölən və yaralananların yaxınlarını həbs edib. Kanalın həmsöhbətlərinin sözlərinə görə, xəstəxana kompleksinin ərazisində İsrail tankları var. Əl-Cəzirə telekanalının məlumatına görə, hərbçilər dərman və avadanlıqların olduğu anbarı partladıblar.
Çərşənbə günü səhər saatlarında İsrail ordusu Əl-Şifa xəstəxanasında Fələstinin Həmas hərəkatına qarşı əməliyyat elan edib. Xəstəxanaya çatmazdan əvvəl İsrail hərbçiləri qarşıdurma zamanı bir neçə silahlını məhv ediblər. Qəzza zolağı hökumətinin mətbuat xidmətinin məlumatına görə, müalicə kompleksində xəstələr və yaralılar da daxil olmaqla 9 minə yaxın insan var. (Tass)