İsrail ordusu Fələstinin Qəzza zolağına beş istiqamətdən hücum edir. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Qəzza zolağının şimalında İsrail hərbçiləri ilə fələstinli qruplar arasında şiddətli toqquşmalar gedir. Döyüş Beyt Hanun keçid məntəqəsi ərazisində qeydə alınıb.
Hələlik tərəflərin itkiləri barədə məlumat verilmir.
“Al Arabiya”-a qeyd edib ki, İsrail quru qüvvələrinin hərəkətləri Qəzza zolağının hava hücumları və artilleriya atəşi ilə eyni vaxtda həyata keçirilir. (Tass)