İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Suriya-Livan sərhədi yaxınlığında Hizbullah şiə milislərinin döyüşçülərinin avtomobilini vurub.
Al Jadeed telekanalının verdiyi məlumata görə , birbaşa zərbə nəticəsində avtomobil yanıb və içərisində olan hər kəs həlak olub.
İsrailin PUA-sı sonuncu dəfə iyulun 9-da Suriya ərazisində Hizbullahın avtomobilinə hücum edib. Hadisə Es-Sabbura çəngəlinin ərazisində baş verib. Pilotsuz təyyarənin zərbəsi nəticəsində şiə milislərinin hərbi komandirlərindən biri, əvvəllər Hizbullah lideri Şeyx Həsən Nəsrullahın şəxsi mühafizəçisi vəzifəsində çalışmış Yaser Nimr Kornbiş həlak olub.