İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. Bu barədə şənbə günü Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İsrail HƏMAS-ın girovlarını azad etdikdən sonra Fələstin anklavında “davamlı sakitliyin bərpasını” müzakirə etməyə hazırdır. Portalın vurğulayıb ki, yəhudi dövlətinin rəhbərliyi keçən il oktyabrın 7-dən bəri ilk dəfə olaraq Qəzzada girov müqaviləsi çərçivəsində “münaqişənin sonunu müzakirə etməyə” açıq olduğunu bildirib.
Bundan əvvəl HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya bildirib ki, hərəkat İsraildən sektordakı vəziyyəti həll etmək təklifinə cavab alıb. Radikal təşkilatın Telegram-kanalında yerləşdirdiyi bəyanatdan belə çıxır ki, HƏMAS İsrailin təşəbbüsünü təhlil edəcək və araşdırması başa çatdıqdan sonra öz cavabını verəcək. (Tass)