İsrail Qırmızı dənizə bir neçə döyüş gəmisi və qabaqcıl sualtı qayıq göndərdi. Bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bu addım İranın fəaliyyətini izləmək üçün atılıb. Qeyd edildiyi kimi, İsrail öz hərəkətlərini gəmiləri Qırmızı dənizdə olan ABŞ-la əlaqələndirir.
Dekabrın 3-də Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının sözçüsü Yəhya Saria bildirib ki, husilər Bab əl-Məndəb boğazında İsrailin “Unity Explorer” və 9 nömrəli gəmilərinə raket və pilotsuz təyyarə ilə hücum ediblər. Husilər deyirlər ki, onlar üsyançıların xəbərdarlığını rədd etdikdən sonra gəmilərə atəş açıblar. Ənsar Allah qeyd edib ki, İsrail Qəzza zolağında fəaliyyətini dayandırana qədər İsrail gəmilərinin Qırmızı və Ərəb dənizlərində hərəkətinə mane olmağa davam edəcəklər. (Tass)