İsrailin Dəməşqin cənub-qərbindəki Kfar Susa məhəlləsində yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, elit hərbi birlik) ən azı iki müşaviri həlak olub. Bu barədə Dubaydan (BƏƏ) yayımlanan Al Hadath telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, bir mülki şəxs də həlak olub. Yaralanan 6 nəfər arasında Suriya ordusunun tərəfində vuruşan şiə “Hizbullah” hərəkatının döyüşçüləri də var.
Kanalın mənbəsi hücumun İran məktəbinin yanındakı çoxmərtəbəli binanın mənzilini raketlə vuran pilotsuz uçan aparatla əlaqəli olduğunu istisna etməyib. Zərbələrdən biri küçədə dayanmış avtomobillərə dəyib, yaxınlıqdakı binalara ziyan dəyib.
Kfar Susa Dəməşqin hökumət məhəlləsi hesab olunur. Orada dövlət qurumları və təhlükəsizlik qüvvələrinin qərargahları, habelə xarici səfirliklər yerləşir. (Tass)