İsrailin İordan çayının qərb sahilindəki Nur Şəms qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində 6 nəfər həlak olub.
Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, partlayış nəticəsində bir neçə nəfər də yaralanıb, onların sayı dəqiqləşdirilir. Nur Şəms bölgəsində İsrail ordusu ilə yerli müqavimət döyüşçüləri arasında toqquşmalar gedir.
Qətərin Əl-Cəzirə telekanalının daha əvvəl verdiyi məlumata görə , İsrail ordusu çərşənbə günü İordan çayının qərb sahilində Tulkarm, Nablus, Qalqilya və Hebron əyalətlərindəki şəhər və kəndlərə hücum edir. (Tass)