İsrailin Qəzza zolağına endirdiyi son aviazərbələr nəticəsində azı 16 nəfər həlak olub. Bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, bir ailənin doqquz üzvü Qəzza şəhərinin şərqində yaşayış binasını vuran hava bombasının qurbanı olub. Əl-Bureyc qaçqın düşərgəsində bir evin dağıntıları altında biri uşaq olmaqla 4 ölü tapılıb. Nuseyrat qaçqın düşərgəsinə endirilən zərbələr nəticəsində daha üç nəfər həlak olub.
WAFA-a qeyd edob ki, 2023-cü il oktyabrın 7-dən İsrailin hərbi əməliyyatları nəticəsində artıq 41 965 mülki şəxs həlak olub, 97 590 nəfər isə yaralanıb. (Tass)