İsrail hərbçilərinin Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsini atəşə tutması nəticəsində azı 16 nəfər həlak olub. Bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, zərbə zamanı 30-a yaxın insan xəsarət alıb.
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Cəbəliyyə qaçqın düşərgəsi İsrail tərəfindən dəfələrlə bombalanıb. Fələstin Daxili İşlər Nazirliyi noyabrın 8-də bu düşərgəyə növbəti hücumda ən azı 19 nəfərin öldüyünü bildirib. (Tass)