Çərşənbə axşamı səhərdən bəri İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 31 nəfər ölüb. Bu barədə Livanın Al Mayadeen telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, onlarla fələstinli yaralanıb və ya itkin düşüb. Təcili yardım işçiləri və yerli sakinlər dağıntıları təmizləməyə davam edir.
Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabr ayından indiyədək anklavda davam edən qarşıdurmaların nəticəsində ümumilikdə 42,3 min fələstinli həlak olub, 98,7 min nəfər isə yaralanıb. (Tass)