Kamboca Ordusunun Ali Baş Komandanı Vonq Pisen Rusiya Silahlı Qüvvələri ilə tərəfdaşlıq əlaqələrini genişləndirmək arzusunu ifadə edib. Bu barədə “Khmer Times” qəzeti məlumat yayıb .
Nəşrin məlumatına görə, o, çərşənbə günü Rusiyanın Kambocadakı səfirliyində hərbi attaşe, 1-ci rütbəli kapitan Vitali Luçevlə görüşündə müvafiq xahişlə çıxış edib. Xüsusilə, general Rusiyanı ordusu üçün kadrların hazırlanmasında Kambocaya yardımı davam etdirməyə, müdafiə idarələri arasında ikitərəfli mübadilələri intensivləşdirməyə, həmçinin artilleriya qoşunları üçün məktəbin tikintisinə kömək etməyə çağırıb.
Qəzet onu da yazıb ki, Kamboca hərbi lideri iki dövlət arasında münasibətlərin və əməkdaşlığın vacibliyini vurğulayıb və Rusiyaya Kambocaya bütün sahələrdə kömək etdiyinə görə təşəkkür edib. Öz növbəsində Luçşev Moskvanın krallıqla tərəfdaşlığını genişləndirmək istəyini təsdiqləyib, nəşr qeyd edib. (Tass)