Kiyevdə Ukraynada hərbi əməliyyatlar başlayandan Ukrayna silahlı qüvvələrinin sıralarında olan çağırışçıların tərxis olunmasına dəstək aksiyası keçirilib. Bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
Nümayiş Kiyev Şəhər Dövlət Administrasiyasının binası yaxınlığında keçirilib. Orada ukraynalı hərbi əsirlərin yaxınları da iştirak edərək əsir mübadiləsinin bərpasını tələb ediblər.
Ukraynanın “Hromadske” nəşrinin məlumatına görə, şənbə günü Kiyevdə Müstəqillik meydanında hərbçilərin yaxınlarının 18 aylıq xidmətdən sonra hərbi qulluqçuların tərxis olunması tələbi ilə mitinqi də olub. Öz növbəsində, “Public” nəşri ölkənin müxtəlif yerlərində, xüsusən də Lvov, Odessa və Sumidə oxşar mitinqlər barədə məlumat yayıb.
Noyabrda Kiyevdə və digər bölgələrdə iki dəfə hərbi qulluqçuların tərxis olunması tələbi ilə nümayişlər keçirilib. Bundan əvvəl Ukrayna prezidentinin saytında cəbhə xəttində hərbi qulluqçuların xidmət müddətinin 18 aya qədər məhdudlaşdırılması təklifi ilə bağlı petisiya yerləşdirilib. Bu petisiya dövlət başçısı tərəfindən baxılması üçün tələb olunan 25 min səs toplayıb. Ukrayna parlamentinə də analoji tərxisetmə müddətlərini müəyyən edən qanun layihəsi təqdim edilib, lakin bu layihəyə hələ baxılmayıb. (Tass)