Qırğızıstanın paytaxtında baş verən kütləvi davadan sonra yataqxananın yaxınlığında toplaşanların sayı 300-ə yaxındır. Bu barədə 24.kg agentliyi məlumat yayıb.
“Bu gün axşam saatlarında 7 Aprel və Oqonbayeva küçələrinin kəsişməsində əcnəbilərlə iş görmək istəyən 300-ə yaxın gənc toplaşıb”, – agentliyin Telegram kanalında yerləşdirilən mesajda deyilir.
Qeyd olunur ki, yerli sakinlərin əcnəbilər tərəfindən döyülməsi ilə bağlı cinayət işi açılıb. (Tass)