Çin prezidenti Si Cinpin və Fransa prezidenti Emmanuel Makron 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını müdafiə ediblər. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“İki dövlətin başçıları 1967-ci il sərhədləri daxilində yaşaya bilən, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına çağırıblar”, – deyə telekanal iki ölkə liderlərinin Yaxın Şərqlə bağlı birgə bəyanatına istinad edir. Məlumat Si Cinpinin Fransaya səfərindən sonra yayılıb. (Tass)